Bayıl yamacında seysmoloji tədqiqatların NƏTİCƏSİ nə vaxt açıqlanacaq?


Digərləri 26 Yan 2018 22:17:00 278 0

Bayıl yamacında seysmoloji tədqiqatların NƏTİCƏSİ nə vaxt açıqlanacaq?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bayıl yamacı boyunca monitorinqləri davam etdirir.

Son.az bildirir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, RSXM əməkdaşları hazırda ərazidə işləyirlər.

Ərazidə aparılan son təhlillərlə bağlı bildirilib ki, bir həftədən bəri aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra Mərkəzin ilkin rəyi açıqlanacaq.