Xəstəxanada ŞOK OLAY: santexnik ginekoloq oldu, günlərlə xəstə qəbul etdi və... VİDEO


Digərləri 26 Yan 2018 22:00:00 263 0

Xəstəxanada ŞOK OLAY: santexnik ginekoloq oldu, günlərlə xəstə qəbul etdi və...  VİDEO

Rusiyada xəstəxanaların birində santexnik ustası həkim xalatı geyinərək özünü həkim ginekoloq kimi təqdim edib.

Son.az xəbər verir ki, qalmaqallı hadisə ölkənin Sverdlovsk vilayətinin Pervouralsk şəhərində baş verib. 31 yaşlı usta çox sakit və rahat bir şəkildə həkim xalatı ilə içəri girir. Özünü ginekoloq kimi təqdim etdikdən sonra isə bir-birinin ardınca xəstələri qəbul edir. Maraqlısı budur ki, şəxs özünü o qədər rahat aparır ki, nə xəstələr, nə də xəstəxana kollektivi onun kimliyindən şübhə edir. 31 yaşlı fırıldaqçı nə az, nə çox, düz 4 gün xəstəxanada xəstələri qəbul edib.

Nəhayət, həkimlərdən biri ondan şübhələnərək bu barədə polisə məlumat verir. Məlum olur ki, həmin şəxs əvvəllər məhkumluq həyatı yaşayıb. Yaralı halda xəstəxanaya gəlib, vəziyyəti normallaşdıqdan sonra isə ağ xalat geyinərək "həkim" roluna girib və məhz ginekologiya şöbəsinə gəlib. Şöbəyə təzə həkimin gəlişi gözlənildiyindən, heç kim ondan şübhələnməyib.

Özünü çox inamlı aparan "santexnik həkim" polis tərəfindən saxlanılıb. 4 gün ərzində qəbul etdiyi qadınlara yazdığı müalicələrdən hamı razı qalıb. Qadınlardan heç biri ondan şikayətçi olmayıb. Polis də fırıldaqçı "santexnik həkimi" sərbəst buraxıb.