Bakıda metroda qatarın yoluna düşüb qaçan gənc olanları danışdı VİDEO


Digərləri 26 Yan 2018 22:03:00 399 0

Bakıda metroda qatarın yoluna düşüb qaçan gənc olanları danışdı  VİDEO

Ötən gün "Bakı Metropoliteni"nin ''İnşaatçılar'' stansiyasında relslərin üstündə düşərək təhlükə yaradan sərnişin saxlanılıb.

Son.az bildirir ki, həmin şəxs platformanın kənarında duraraq qatarın gəlib-gəlmədiyinə baxıb. Qatarın gəlmədiyinə əmin olduqdan sonra relslərin üstünə düşərək tunelə tərəf qaçıb. Görüntülər ötən gün axşam saatlarında metronun "İnşaatçılar" stansiyasındakı təhlükəsizlik kameralarına düşüb.

Özünü şübhəli aparan şəxs relslərin üzərinə düşdükdən sonra metronun "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayıb. Qatar stansiyaya çatan kimi metro işçiləri dərhal relslərdəki gərginliyi dayandırıblar. Daha sonra Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları həmin şəxsin axtarışına başlayıblar. Bir neçə polis əməkdaşının çevikliyi ilə çox çəkməyib ki, həmin şəxs saxlanılıb.

Məlum olub ki, həyatını təhlükəyə ataraq reslərin üstü ilə qaçan şəxs Şəmkir rayon sakini 26 yaşlı Tamerlan Rövşən oğlu Ələsgərovdur. O, "Bakı Metropoliteni"ndə polis şöbəsinə gətirilərək dindirilib.