Qışda narıncı rəngli meyvələrlə qidalanmaq xüsusilə faydalıdır


Digərləri 26 Yan 2018 21:57:00 254 0

Qışda narıncı rəngli meyvələrlə qidalanmaq xüsusilə faydalıdır

Günəş işığının olmadığı və ya az olduğu günlərdə günəş rənginə oxşar meyvə-tərəvəzlərlə qidalanmaq orqanizmin normal fəaliyyətinə çox yaxşı təsir göstərir. Narıncı meyvə-tərəvəzlərin-balqabaq, şirin kartof, portağal, ərik, şaftalı, qreypfrut, bibər, yemiş, limon, kök, xurma, naringinin- tərkibində olan böyük miqdarda beta-karotin dərini hamarlaşdırır, ultra-bənövşəyi şüalardan qoruyur, mədə-bağırsağın işini normallaşdırır. Həmin rəngdə olan meyvə-tərəvəz əhvali-ruhiyyəni yüksəldir, orqanizmə enerji verir və susuzluğu yatırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim və diyetoloqlar narıncı rəngli ərzaqları mütəmadi olaraq qida rasionuna daxil etməyi məsləhət görürlər, çünki onlar ürək-damar və xərçəng xəstəliyi riskini xeyli dərəcədə azaldır.

Yerkökü orqanizmin ağ ciyər və ürək xəstəliklərinə qarşı davamlılığına, təzə sıxılmış kök şirəsi isə bağırsağın funksiyasının bərpa olunmasına kömək edir. Onun sayəsində anemiya və halsızlıq zamanı orqanizm çox yaxşı bərpa olur, damarlar xolesterindən təmizlənir.

Şirin kartofun tərkibində mədə və öd kisəsinin işini stimullaşdıran maddələr var, diareya, iştahasızlıq və ya orqanizmin ümumi zəifliyi zamanı çox böyük fayda verir. Həddindən artıq tərləyənlərin ondan istifadə etməsi çox xeyirlidir. Şirin kartofun kökü artrit və revmatizmin müalicə və profilaktikası zamanı istifadə olunur.

Balqabaqdan hazırlanan xörəklər bir çox xəstəliklərin müalicəsi və profilaktikası zamanı məsləhət görülür. Balqabaq lətində çoxlu dəmir, fosfor və mis var. Məhz buna görə ateroskleroz və qanazlığı zamanı qidalanmaq yaxşı profilaktika hesab edilir.