Dövlət qurumları vəd verir, sakinlər isə yolda qalıb VİDEO


Digərləri 26 Yan 2018 21:45:00 296 0

Dövlət qurumları vəd verir, sakinlər isə yolda qalıb  VİDEO

Sərnişin avtobuslarının Sumqayıt şəhərinə buraxılmaması səbəbindən sakinlər yolda qalıb.

Son.az bildirir ki, söhbət Abşeron rayonu, Saray qəsəbəsindən gedir. 522 nömrəli marşrut xətti izrə işləyən avtobuslar "Yeni saray" adlanan yaşayış massivindən keçməklə Sumqayıta və ya əks istiqamətə hərəkət edib. Hazırda həmin marşrut xətti dayandırılıb. Avtobusların Sumqayıt şəhərinə buraxılmaması səbəbindən sakinlərə, eləcədə şagirdlərə çətinliklər yaranıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi Əhməd Rüstəmov deyir ki, xidməti marşrutlar kiçik tutumlu olduğundan, artıq istismar müddətini başa vurub və yenisi ilə, daha iri həcmli avtobuslarla əvəz olunması nəzərdə tutulub.