Subaylar daha az yaşayır, nəinki evlilər, çünki...


Digərləri 26 Yan 2018 21:33:00 294 0

Subaylar daha az yaşayır, nəinki evlilər, çünki...

Araşdırmalara əsasən evli kişilər subay kişilərlə müqayisədə daha çox yaşayırlar.

Son.az musavat.com-a istinadən bildirir ki, britaniyalı alimlər bunun bir neçə səbəbini müəyyən ediblər. Adətən kişilər öz səhhətlərinə qarşı kifayət qədər etinasızdırlar. Qadınlar isə əksinə, öz orqanizmlərinə qarşı daha diqqətlidirlər. Bu səbəbdən də məhz qadınlar öz həyat yoldaşlarının səhhətində bir problem gördükdə onları həkimin qəbuluna yazılmağa məcbur edirlər. Bundan əlavə, qadınlar həyat yoldaşlarını vaxtı-vaxtında dərman içməyə və həkimlərin göstərişlərinə əməl etməyə də məcbur edirlər.