Bakıda 20 ədəd MRVU partladıcısı aşkarlanıb


Digərləri 26 Yan 2018 21:09:00 221 0

Bakıda 20 ədəd MRVU partladıcısı aşkarlanıb

Şıx çimərliyində 20 ədəd MRV-U partladıcısı aşkar olunub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Səbail rayonu ərazisində Şıx çimərliyində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar