Qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barəsində 98 iş məhkəmələrə göndərilib


Sosial 26 Yan 2018 19:56:15 276 0

Qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barəsində 98 iş məhkəmələrə göndərilib

Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 640 hektar torpaq sahəsi geri qaytarılıb

Azərbaycanda qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib və onların əksəriyyəti barədə işlərə baxılaraq artıq inzibati məsuliyyətə cəlb ediliblər.

"Report"un məlumatına görə, bu barədə yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirliyin struktur qurumlarının, yerli və regional ədliyyə idarələrinin rəhbərlərinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib. 

Yığıncaqda qeyd olunub ki, yYerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62 600 bələdiyyə aktına baxılıb və Nazirliyin təklifləri əsasında 1454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 640 hektar torpaq sahəsi geri qaytarılıb.