Bu qadın gündə 6 litr süd verir hiperlaktasiya sindromu FOTO


Digərləri 26 Yan 2018 19:24:00 349 0

Bu qadın gündə 6 litr süd verir  hiperlaktasiya sindromu  FOTO

Florida ştatında yaşayan 31 yaşlı Kate Kachman ( Keyt Kaçman ) adlı qadın hiperlaktasiya sindromundan əziyyət çəkir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hiperlaktasiya ananın övladının ehtiyacı olan qədər süd miqdarından artıq süd verdiyi nadir haldır.

Hiperlaktasiya sindromundan əziyyət çəkən Keyt Kaçman gündə 6 litr süd verir. 4 aylıq uşağı olan qadın oğlunun ehtiyacını qarşılayacaq qədər südü ayırdıqdan sonra, qalan südünü südü gəlməyən analara bağışlayır.

"Südüm çoxdur. İş yerində, avtodayanacaqlarda, iclas fasilələrində süd sağıram. Yaxşı ki, müdirlərim anlayışlıdır".


Xəbərə aid fotolar