Çexiyada prezident seçkilərinin ikinci turu başladı


Dünya 26 Yan 2018 19:12:00 281 0

Çexiyada prezident seçkilərinin ikinci turu başladı

Çexiyada prezident seçkilərinin ikinci turu start götürüb.

Son.az Trend-ə istinadən bildirir ki,  səsvermə birinci turda olduğu kimi iki gün ərzində keçiriləcək.

İlkin nəticələr sabah Bakı vaxtı ilə 21:00-da məlum olacaq.

Qeyd edək ki, seçkilərin birinci turu yanvarın 12-13-də keçirilmişdi. Nəticələrə əsasən hazırkı prezident Miloş Zeman 38,5 faiz, Yirji Draqoş 26,6 faiz səs toplamaqla ilk iki yeri tutaraq ikinci tura qalmışdı.