Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir!


Digərləri 26 Yan 2018 17:30:00 262 0

Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir!

Səhiyyə Nazirliyinin Kollegiyası "Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər"i təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər Azərbaycan Respublikasında dərman vasitələrinin saxlanmasını, daşınmasını və paylanmasını həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il tarixli 908 saylı texniki hesabatının 9-cu əlavəsinə əsasən hazırlanıb.

Geri çağırılmış məhsullar da daxil olmaqla qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır.

Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır. Əgər hər hansı göstəriş yoxdursa (məs. daima soyuq zəncir saxlanmalı) təyin olunan şəraitdən kənaraçıxmaya yalnız qısa müddətli daşınma zamanı yol verilir.