Bayıldakı sürüşmə ərazisində qeydiyyatda olanların sayı dəqiqləşdirilir FOTO


Digərləri 26 Yan 2018 16:32:00 306 0

Bayıldakı sürüşmə ərazisində qeydiyyatda olanların sayı dəqiqləşdirilir  FOTO

Bayıldakı sürüşmə ərazisində yerləşən evlərə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət agentliyinin Azərinşaat Layihə İnstitutu tərəfindən baxış keçrilir.

Son.az report-a istinadən xəbər verir ki, hazırda ərazidəki evlərin ünvan və nömrələrinin dəqiqləşdirilməsi işi aparılır. Artıq 30 dan çox evdə bu işlər yekunlaşıb. 

Bundan əlavə, evlərin otaq sayı, o cümlədən həmin evdə daimi yaşayan şəxslərin kimliyinin dəqiqləşdirilməsi işi həyata keçirilir.

Azərinşaat Layihə İnstitutu əməkdaşlarının verdiyi məlumata görə, sürüşmə ərazisində yerləşən və təhlükəli hesab olunan 250-yə yaxın evin qeydiyatı bir neçə gün ərzində yekunlaşacaq.