Yəmən sahillərində miqrantları daşıyan qayıq aşıb, 30 nəfər dənizdə batıb


Dünya 26 Yan 2018 16:18:48 287 0

Yəmən sahillərində miqrantları daşıyan qayıq aşıb, 30 nəfər dənizdə batıb

Somali və Efiopiyadan olan miqrantları daşıyan qayıq Ədən körfəzindən Cibutiyə doğru yola çıxıbmış

Yəmənin Ədən şəhəri yaxınlığında göyərtəsində 152 miqrantın olduğu qayığın aşması nəticəsində azı 30 nəfər dənizdə batıb.

Bu barədə "Report" Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) istinadən xəbər verir.

"Güman ki, qayıq qaçqın və miqrantları Cibutiyə aparmaq, eyni zamanda da onlardan daha çox pul qoparmağa çalışan qaçaqmalçılar tərəfindən idarə olunub", - BMqT-dən bildiriblər.

Sağ qalanların məlumatına görə, Somali və Efiopiyadan olan miqrantları daşıyan qayıq yanvarın 23-də Ədən körfəzindən Cibutiyə doğru yola çıxıbmış.

Eyni zamanda qayığın sərnişinlərinə atəş açılması barədə məlumat var.