"Napoli"nin müdafiəçisi Moskva klubunda


İdman 26 Yan 2018 16:07:00 254 0

"Napoli"nin müdafiəçisi Moskva klubunda

"Napoli"nin müdafiəçisi Nikola Maksimoviç karyerasını Rusiyada davam etdirəcək. Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu iyunun 30-a kimi "Spartak"a icarəyə verilib. Serb oyunçu vətənində "Sloboda", "Crvena Zvezda" kimi klubların şərəfini qoruyub. 2013-cü ildə "Torino"ya, 2016-cı ildə "Napoli"yə transfer olunub. Maksimoviç Serbiya millisində 2012-ci il 31 mayda debüt edib. Həmin vaxtda müdafiəçi millidə 20 oyuna çıxıb.