Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Azərbaycana gəlir (FOTO)


Digərləri 26 Yan 2018 15:44:00 270 0

Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Azərbaycana gəlir (FOTO)

Avropa İttifaqının Azərbaycandakı nümayədəsi ilə Gəmiçilikdə görüş keçirilib

Bakı. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. QSC-dən Trend-ə verilən məlumata görə, səfir bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında Gəmiçiliyin rəhbərliyinə məlumat verib. Doplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.