Bayıldakı sürüşmə ərazisində yerləşən evlərin sahəsi və qeydiyyatda olanların sayı dəqiqləşdirilir - FOTOREPORTAJ


Digərləri 26 Yan 2018 15:21:38 154 0

Bayıldakı sürüşmə ərazisində yerləşən evlərin sahəsi və qeydiyyatda olanların sayı dəqiqləşdirilir - FOTOREPORTAJ

Ərazidən insanların köçürülməsi artıq yekunlaşıb

Bayıldakı sürüşmə ərazisində yerləşən evlərə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət agentliyinin Azərinşaat Layihə İnstitutu tərəfindən baxış keçrilir.

"Report"un məlumatına görə, hazırda ərazidəki evlərin ünvan və nömrələrinin dəqiqləşdirilməsi işi aparılır. Artıq 30 dan çox evdə bu işlər yekunlaşıb. 

Bundan əlavə, evlərin otaq sayı, o cümlədən həmin evdə daimi yaşayan şəxslərin kimliyinin dəqiqləşdirlməsi işi həyata keçirir.

Azərinşaat Layihə İnstitutu əməkdaşlarının verdiyi məlumata görə, sürüşmə ərazisində yerləşən və təhlükəli hesab olunan 250 yaxın evin qeydiyatı bir neçə gün ərzində yekunlaşacaq.

Qeyd edək ki, bu ərazidən insanların köçürülməsi artıq yekunlaşıb. Lakin, əksər evlərdən əşyalar hələ də çıxarılmayıb.