Türkiyə “Mossad”ın agentiini Livana təhvil verib


Dünya 26 Yan 2018 15:15:47 285 0

Türkiyə “Mossad”ın agentiini Livana təhvil verib

O, HƏMAS fəalı Məhəmməd Hamdana qarşı törədilən sui-qəsdin təşkilatçısı olmaqda şübhəli bilinir

İsrailin etirazlarına baxmayaraq, Türkiyə "Mossad"ın agenti olmaqda təqsirləndirilən Məhəmməd Beytiyanı Livana təhvil verib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, HƏMAS fəalı Məhəmməd Hamdana qarşı törədilən sui-qəsdin təşkilatçısı olmaqda şübhəli bilinir.

Məlumata görə, 5 il əvvəl Türkiyə ilə Livan arasında imzalanan axtarışda olan cinayətkarların ekstradiyası haqqında müqaviləyə əsasən, M.Beytiya ölkəsinə təhvil verilib.

38 yaşlı M.Beytiya yanvarın 19-da İstanbulda saxlanılıb. Yanvarın 14-də sui-qəsddən sonra onun Biderlanda uçduğu bildirilir. Hadisədən sonra M.Hamdan sağ qalıb.

Məlumata görə, HAMAS fəalının mindiyi avtomobilə partlayıcı qurğu qurraşdırılıbmış. Bomba o, avtomobili işə salandan sonra partlayıb. M.Hamdan avtomobildən çıxa bilib.

İsrail hökuməti M.Hamdana sui-qəsddə “Mossad”ın əli olduğunun təkzib edib.