Hesabat: Rusiyanın əmək bazarı MDB ölkələrindən olan miqrantları daha cəlb etmir


Dünya 26 Yan 2018 14:44:01 384 0

Hesabat: Rusiyanın əmək bazarı MDB ölkələrindən olan miqrantları daha cəlb etmir

Rusiyanı müvəqqəti əmək miqrantlarının sayının kəskin azalması gözləyir

Rusiyada MDB ölkələrindən olan əmək miqrantlarının payı azalacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzinin (SAM) Rusiya əmək bazarının MDB-dən olan miqrantlar üçün cəlbediciliyinin qiymətləndirildiyi hesabatında deyilir.

"Əsas cari donorlar (MDB ölkələri) üçün indiki iqtisadi şəraitin saxlanması halında Rusiya əmək bazarının cəlbediciliyi tədricən azalacaq, bunun nəticəsi olaraq müvəqqəti əmək miqrantlarının sayında kəskin azalma baş verəcək", - hesabatda vurğulanır.

Hesabatın müəllifləri "Rosstat"ın 2024-cü ildən sonra əhalinin sayının azalmasının davam edəcəyi ilə bağlı proqnozuna istinad edirlər. SAM-in ekspertlərinin fikrincə, bu, Rusiya hökumət orqanlarından miqrantları cəlb etmək üçün əlavə tədbirlər tələb edəcək.

"Ətalət halında miqrasiya siyasətinin həmvətənlərin və etnomədəniyyət baxımdan yaxın ölkələrdən miqrantların cəlb edilməsi ilə bağlı oriyentasiyası 2020-ci illərin ortalarında dəyişəcək", - SAM-ın hesabatında deyilir.