"Aparıb satıb, pulunu bölürdük"


Kriminal 26 Yan 2018 14:39:00 254 0

"Aparıb satıb, pulunu bölürdük"

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində silsilə oğurluqlar törədən dəstə üzvləri saxlanılıblar.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Cəlilabad rayon sakini İlqar Muradov polisə müraciət edərək ona məxsus dükandan mobil telefonlar, eləcə də müxtəlif növ məişət əşyalarının oğurlandığını bildirib.

Hadisələri Cəlilabad rayon Günəşli kənd sakinləri Quliyev Raul Rüstəm oğlu, Quliyev İsmayıl Faiq oğlu və Əhmədov Murad Sakit oğlu həmin əməli törədiblər. 

Məlum olub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda 30-a yaxın vətəndaşa məxsus dükandan oğurluq edərək cinayət əməlləri törədib. Saxlanılan şəxslərdən M.Əhmədov ilkin ifadəsində törətdikləri əməli etiraf edib:

"Götürüb marketlərdə, şəhərdə satırdıq hamısını, pulunu da bölürdük. Axırıncı marketə də girdik, marketdən çıxanda tutulduq".


Xəbərə aid fotolar