Azərbaycanda baş verən hərbi cinayətlərin statistikası açıqlandı


Kriminal 26 Yan 2018 14:04:00 309 0

Azərbaycanda baş verən hərbi cinayətlərin statistikası açıqlandı

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin, xüsusən də bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında deyib.

X.Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.

Bildirilib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə də qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 8,1 faiz, hərbi xidmətdən yayınma cinayətlərinin sayı 8,8 faiz, qulluğa səhlənkar yanaşma cinayətlərinin sayı 11,8 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərinin sayı 25 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərinin sayı 27,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin sayı 3,4 faiz azalıb.