Bakının mərkəzi prospektində qorxulu anlar:


Digərləri 26 Yan 2018 13:46:00 297 0

Bakının mərkəzi prospektində qorxulu anlar:

Heydər Əliyev prospektində avtomobil yanıb.    Son.az xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a göndərdikləri görüntüdə, hərəkətdə olan "Damas" markalı yük maşını birdən-birə yanmağa başlayıb. Sürücü avtomobili kənara çəkərək uzaqlaşıb. Qısa zamanda avtomobilin mühərrikində başlayan yanğın böyüyüb.    Hadisə yerinə hazırda FHN-nin yanğınsöndürən maşınları cəlb edilib. Prospektdə hərəkət hələlik müvəqqəti olaraq dayandırılıb. 

Videonu izləmək üçün şəklə klikləyin: