Elə başlıqlar qoyurlar ki, oxuyanda adamın damarında qanı donur


Digərləri 26 Yan 2018 13:29:26 343 0

Elə başlıqlar qoyurlar ki, oxuyanda adamın damarında qanı donur

"Xəbər başlıqları saytları lap müharibə meydanına bənzədir"

Xəbər başlıqları saytları lap müharibə meydanına bənzədir.

Son.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynovun "Reallığı unutmayaq: virtual aləmdə də..." adlı məqaləsini təqdim edir.

Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Az adam tapılar ki, informasiya texnologiyalarından istifadə etməsin. Virtual aləmə o dərəcə bağlanmışıq ki, onlarsız özümüzü narahat hiss edirik. Canlı ünsiyyətdən qaçır sosial şəbəkələrdə sərhədsiz, hüdudsuz məkanda tanımadığımız adamlarla belə "dostlaşırıq".

Şəbəkə istifadəçilərinin bir qismi bəzən elə düşünür ki, bu mühit qapalıdır, olanları heç kim görmür, bilmir, burda özünü gizlədə, anonimliyini təmin edə bilər. Və beləliklə, özlərini mücərrəd azadlıq mühitində hiss edirlər.

Qeyri-rəsmi statistik göstəricilərə əsasən, təkcə "Feysbuk"da saxta istifadəçilərin sayı istifadəçilərin ümumi sayının 5 faizdə 10 faizədək nisbətində dəyişir. Yeni sosial şəbəkələrin sayı bu gün də artır və həmin nisbət təbii ki, daha da çoxalır. Azərbaycanda da sosial şəbəkələrdən istifadə edənlərin sayının, habelə bu şəbəkələrin insanların şəxsi məlumatlarına, onların ləyaqətinə və işgüzar nüfuzuna təsir imkanlarının artması saxta istifadəçilərin bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə etməsi hallarına qarşı tədbirləri şərtləndirir. Məhz 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə edilən dəyişikliklər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə məsələlərini tənzimləyir. Yəni həmin hesablardan istifadə edənlər cinayət məsuliyyətinə cəlb olunurlar.

Sosial şəbəkələrdə müəyyən məsələlərə bəzən elə yanaşma sərgiləyirlər ki, insan çaşıb qalır. Hətta qınağın dərəcəsini ölümlə təhdidə belə yüksəldirlər. İstifadəçi kütləsinin bir qismi orada kimlərisə qınayır, kimlərisə lap üst səviyyəyə çıxarır. Bəli, ictimai rəy, qınaq olmalıdır.

Şəbəkələrdə polis, onun xidməti müzakirə edilən əsas mözulardandır. Söhbət polisdən düşmüşkən: bəzən polis əməkdaşları ilə bağlı hansısa paylaşımı sorğu-sualsız yarğılayırlar. Çox zaman paylaşımlardan sonra həmin şəxslərin məsuliyyətdən yayınmaq üçün bu addımları atdığının şahidi oluruq. Sözsüz ki, xidmət zamanı nöqsana yol verən, vəzifəsinin öhdəsindən layiqincə gəlməyən əməkdaşlar rəhbərlik tərəfindən cəzalandırılır.

Gün ərzində polisin əməliyyat-axtarış, maarifləndirmə və digər sahələrdə keçirdiyi uğurlu tədbirlər barədə məlumatlar, videosüjetlər ölkə mətbuatında yayımlanır. Buna baxmayaraq, yenə də internet üzərindən açar sözlə "polis əməkdaşı" axtarsaq, çox zaman köhnə tarixli video və şəkillərin dəfələrlə tirajlandığının şahidi olarıq. İnanın, bu, polisin işguzar imicinə xələl gətirmir, sadəcə, həmin saytları məlumatlı oxucu qarşısında gülünc vəziyyətə salır. Bəzi saytlar, polisin keçirdiyi hüquqi-maarifləndirmə tədbirlərinin işıqlandırılmasına laqeydlik göstərirlər. Halbuki, bu mövzulu xəbərlər cəmiyyət üçün daha əhəmiyyətlidir. 

Daxili İşlər Nazirliyinin rəsmi internet saytında (mia.gov.az) "polisə təşəkkür" bölümü yaradılıb. Burada vətəndaşlarımız tərəfindən edilən təşəkkürlər yerləşdirilir. Həmin məktublar həm polis-vətəndaş həmrəyliyinin hər gün daha da yaxşılaşmasının bir nümunəsi, həm də polisin işinə kölgə salmaq istəyən qüvvələrə tutarlı cavabdır.