"Real" yay transferlərinə milyonlar ayırır


İdman 26 Yan 2018 13:12:00 316 0

"Real" yay transferlərinə milyonlar ayırır

"Real"da yay transferləri üçün sanballı büdcə ayrılacaq. Goal.az "Sport"a istinadən xəbər verir ki, klubun prezidenti Florentino  Perez heyətin yenidən qurulmasını zəruri hesab edir. Ulduz futbolçuları heyətə cəlb etmək üçün 300 milyon avro xərcləmək nəzərdə tutulur. Prioritet isə PSG-nin braziliyalı hücumçusu Neymar olacaq. "Real" "Financial fair play" qaydalarını pozmamaq üçün bir neçə oyunçunu satmalı olacaq. Beləliklə, Kriştianu Ronaldonun "Manchester United" və ya PSG-yə satılması məsələsi gündəmə gələ bilər. Benzema və Beylin də son vaxtlar nəticəyə təsir göstərə bilməməsi rəhbərliyi narahat edir.