Qaçırdığı avtomobili yandıran keçmiş məhkum tutulub


Digərləri 26 Yan 2018 13:24:00 220 0

Qaçırdığı avtomobili yandıran keçmiş məhkum tutulub

Yanvarın 25-də Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bakı. Yanvarın 25-də Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla saat 1 radələrində Gəncə şəhər sakini Telman Pənahova məxsus “Ford Transit” markalı avtomobilin Havarlı kəndi ərazisindən qaçırılması məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Ağdaş rayonunun Şıxlı kəndinin ərazisində yanan vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.