Kəmaləddin Heydərov Bayıla gəldi FOTO


Digərləri 26 Yan 2018 13:18:31 302 0

Kəmaləddin Heydərov Bayıla gəldi  FOTO

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.

FHN-dən Son.az-a verilən məlumata görə, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

"Teleqüllə" sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.


Xəbərə aid fotolar