Bakı məktəblilərinin YARAT-a ekskursiyası təşkil olunacaq (FOTO)


Digərləri 26 Yan 2018 13:14:00 244 0

Bakı məktəblilərinin YARAT-a ekskursiyası təşkil olunacaq (FOTO)

Yanvarın 27-dən ümumi təhsil məktəblərində qış tətili başlayacaq.

Bakı. Yanvarın 27-dən ümumi təhsil məktəblərində qış tətili başlayacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin qış tətilini səmərəli, mənalı və əyləncəli təşkil etmək üçün çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar nəzərdə tutulub. İdarədən Trend-ə verilən məlumata görə, məqsəd məktəblilərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin, onlar arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini təbliğ etməkdən ibarətdir. Tətil günlərində təşkil ediləcək ekskursiyalar çərçivəsində məktəblilər YARAT Müasir İncəsənət Mərkəzində olacaqlar. Fərqli yaş qruplarının tələbatına uyğun təşkil ediləcək ekskursiyalar qısa mühazirə və bir sıra yaradıcı oyunlardan ibarət olacaq. Həmçinin, məktəblilər üçün Xalq Təhsili Muzeyinə ekskursiyalar təşkil ediləcək. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılacaq, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olacaqlar.