Rəcəb Tayyib Ərdoğan AŞ PAda Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirdi


Siyasət 26 Yan 2018 13:00:00 322 0

Rəcəb Tayyib Ərdoğan AŞ PAda Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qurumun qış sessiyasında "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib.

Son.az xəbər verir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

R.T.Ərdoğan qeyd edib: "Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".

Prezident bildirib ki, "Zeytun budağı" yalnız və yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində