""Bədən tərbiyəsi və idman haqqında" qanunda ciddi dəyişikliklərə ehtiyac var"


Digərləri 26 Yan 2018 12:36:00 263 0

""Bədən tərbiyəsi və idman haqqında" qanunda ciddi dəyişikliklərə ehtiyac var"

"Bədən tərbiyəsi və idman haqqında" qanunda ciddi dəyişikliklərə ehtiyac var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov komitənin bu gün keçirilən iclasında deyib.

F.Muradov əlavə edib ki, bu sahədə çox fundamental iş görmək lazımdır.

Onun sözlərinə görə, "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı aparılan işlər bitdikdən sonra "Bədən tərbiyəsi və idman haqqında" qanun ilə bağlı dəyişikliklərin edilməsi üçün işlərə başlanılacaq.