Bayram Səfərov: "Sarkisyan sadə və kasıb erməniləri aldatmağa çalışır"


Siyasət 26 Yan 2018 12:03:23 315 0

Bayram Səfərov: "Sarkisyan sadə və kasıb erməniləri aldatmağa çalışır"

Serj Sarkisyan AŞPA-dakı çıxışında növbəti dəfə sərsəmlədi. O, sadə və kasıb erməniləri aldatmağa çalışır.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan prezidentinin AŞPA-dakı çıxışına münasibət bildirərkən deyib. 

O bildirib ki, Serj Sarkisyanın çıxışı vaxt qazanmağa və Ermənistan ictimaiyyətini aldatmağa xidmət edir: "Sarkisyanın çıxışına ədalətli qiymət vermək istəyirlərsə, bu gün Ermənistandakı sosial-iqtisadi gərginlik, ölkəni tərk etmə hallarını araşdırsınlar. Ancaq Azərbaycanın və prezidentin apardığı iş bütün dünyada qəbul olunur".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində