Tacikistan vətəndaşlarına dünya çempionatı zamanı Rusiyaya getməməyi məsləhət görüb


İdman 26 Yan 2018 12:04:00 241 0

Tacikistan vətəndaşlarına dünya çempionatı zamanı Rusiyaya getməməyi məsləhət görüb

Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirliyi ölkə vətəndaşlarına 2018-ci il dünya çempionatı zamanı Rusiyaya səfərləri mümkün qədər təxirə salmağa çağırıb. Goal.az xəbər verir ki, turnirin təşkili ilə əlaqədar 25 may - 25 iyul aralığında Rusiyanın 12 şəhərinə gələn xarici qonaqlar 1 gün ərzində miqrasiya uçotuna düşməlidir. Tacikistan vətəndaşlarını bu tələbə riayət etməyi və ya ora getməməyi məsləhət görüb.

"Dünya çempionatı zamanı Rusiyanın şəhərlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək. Hətta kiçik qanun pozuntuları belə ciddi cəzalandırıla bilər" - nazirlik xəbərdarlıq edib.

Qeyd edək ki, dünya çempionatının oyunları Moskva, Sankt-Peretburq, Volqoqrad, Yekaterinburq, Kazan, Kalininqrad, Nijniy-Novqorod, Rostov-na-Donu, Samara, Saransk və Soçidə keçirilcək.