Donald Trampı müşayiət edən avtomobil Davosda polisi vurub


Dünya 26 Yan 2018 11:09:55 235 0

Donald Trampı müşayiət edən avtomobil Davosda polisi vurub

Hadisə ilə bağlı nə İsveçrə, nə də ABŞ tərəfi rəsmi açıqlama yayıb

ABŞ prezidenti Donald Trampın kortejində onu müşayiət edən avtomobil Davosda İsveçrə polisini vurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yerli “Blick” qəzeti yazıb.

Hadisə yanvarın 25-də gecə saatlarında baş verib. Polis İsveçrə dövlət nömrə nişanlı “BMW X5” markalı ağ rəngli avtomobili dayandırmağa cəhd edərkən, sürücü sürəti artırıb və nəticədə polisi vurub. 

Qəzet yazıb ki, həmin avtomobil D.Trampın maşın karvanına da daxilimiş. Hadisə müşahidə kamerasında qeydə alınıb. Qəza nəticəsində polis ciddi xəsarət almayıb.

Hadisə ilə bağlı nə İsveçrə, nə də ABŞ tərəfi rəsmi açıqlama yayıb.

Qeyd edək ki, yanvarın 26-da ABŞ prezidenti Donald Tramp Davosda iqtisadi forumda çıxış edəcək.