Türkiyə Suriyanın şimalında daha bir cəbhə aça bilər


Dünya 26 Yan 2018 10:56:00 273 0

Türkiyə Suriyanın şimalında daha bir cəbhə aça bilər

Türkiyə Suriyanın şimalında, PYD və YPG terror təşkilatlarının nəzarəti altında olan Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Silahlı Qüvvələrindəki mənbə bildirib.

Mənbə qeyd edib ki, Mənbic terrorçuların dislokasiya mərkəzidir:

"Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir".

O əlavə edib ki, Afrində görülən tədbirlər "Zeytun budağı" əməliyyatı ilə məhdudlaşmayacaq.