Mourinyo "Manchester United"lə müqaviləsini uzatdı


İdman 26 Yan 2018 10:35:00 214 0

Mourinyo "Manchester United"lə müqaviləsini uzatdı

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərənin "Manchester United" futbol klubu ilə müqaviləsini 2020-ci ilədək uzadıb.

Goal.az klub syatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssislə 2020-ci ilədək uzadılan müqavilənin müddəti daha bir il də artırıla bilər.

"Fəxr edirəm ki, "Manchester United"in məsqçisiyəm. Biz yüksək standartlar müəyyənləşdirmişik. Bir mövsümə 3 uğur qazandıq. Hesab edirəm, bu kimi yüksək məqsədlərə can atmağımızı davam etdirəcəyik", - deyə o bildirib.

J. Mourinyo 2016-cı ildə "Mançester Yunayted"in məşqçisi olub. Bundan əvvəl o, "Chelsea", İspaniyanın "Real" və "Barcelona", İtaliyanın "İnter", Portuqaliyanın "Porto", "Benfica" və "Sporting" klublarında çalşıb. Onun baş məşqçiliyi dövründə "Manchester United" İngiltərə liqa kuboku, Avropa Liqası və İngiltərə Superkubokuna yiyələnib.