Sabahdan məktəblilərin qış tətili başlayır


Digərləri 26 Yan 2018 10:11:00 252 0

Sabahdan məktəblilərin qış tətili başlayır

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayır. 

Son.az APA-ya istinadən xəbər verir ki, 2017/2018-ci dərs ilində məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və yanvarın 31-də başa çatacaq.

Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə fevralın 1-də başlayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.