Qadınlar, diqqət! Kişilər bunları cazibədar hesab edir


Digərləri 26 Yan 2018 07:41:00 326 0

Qadınlar, diqqət!  Kişilər bunları cazibədar hesab edir

Qadınların çoxu onları qüsur hesab edir, ancaq kişilər onlara heyrandır! Aldığınız 3-5 kilo artıq çəkini, saçınızdakı ağ tükü, çıxan göbəyinizi, geyindiyinizi dərd etmədən dura bilmirsiz. Bəs görəsən, kişilər bunlar haqda nə düşünür? Son.az ailem.az-a istinadən kişilərin "cazibədar" , qadınların isə "eybəcər" hesab etdiyi qadın qüsurlarını təqdim edir.

Heyva göbək. Hər nə qədər dümdüz bir qarnın xəyalları ilə yaşasanız da, kişilər azca göbəkli qadınları daha çox xoşlayır.

Sümüklü burun. Burun insan sifətinə xüsusi xarakterik özəllik qatır. Sümüklü burunlar kişilər üçün estetik əməliyyat edimiş burunlardan daha gözəl hesab olunur.

Qısa boy. Razıyıq, uzun ayaq bir çox kişinin "yox" deyə bilməyəcəyi və gözünü çəkməyəcəyi bir özəllikdir. Ancaq balacaboy qızlar onlara cazibədar görünməsə də, şirin görünür. Kilonuza diqqət edirsinizsə, boyunuzu dərd etməyin.