Pentaqon: Suriyada "təhlükəsizlik zonası"nın yaradılması barədə qərar qəbul edilməyib


Dünya 26 Yan 2018 01:16:04 323 0

Pentaqon: Suriyada "təhlükəsizlik zonası"nın yaradılması barədə qərar qəbul edilməyib

"Belə konsepsiya mövcuddur"

Suriyanın şimalında, Türkiyə ilə sərhəddə "təhlükəsizlik zonası"nın yaradılması barədə qərar qəbul edilməyib. Belə konsepsiya nəzərdən keçirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Kennet Makkenzi deyib.

"Biz türklərlə "təhlükəsizlik zonası" barədə danışmağa davam edirik. Bir neçə il ərzində bunu nəzərdən keçirmişik. Yekun qərar hələ ki, yoxdur. Sərkərdələr bunu müzakirə edir", - deyə o bildirib.

Makkenzinin sozlərinə görə, belə konsepsiya mövcuddur.