Bakıda yarışa çıxan “Mercedes” maşına çırpıldı


Digərləri 25 Yan 2018 23:53:00 256 0

Bakıda yarışa çıxan “Mercedes” maşına çırpıldı

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az yenicag.az-a istinadən bildirir ki, qəza anı hərəkətdə olan digər nəqliyyat vasitəsində olan kamrelara görüntülənib.

Görüntülərdən də göründüyü kimi, əvvəlcə ağ rəngli "Mercedes" markalı avtomobil yüksək sürətlə təhlükəli manevr edərək hərəkəti davam etdirir. Bu zaman onun arxasınca sürətlə gələn digər "Mercedes" markalı avtomobil yolun sol zolağı ilə hərəkət edən avtomobilə arxadan çırpılır.

Hadisə zamanı qəzanı törədən "Mercedes"in sürücüsü yüngül xəsarətlər alıb. Qəza yerinə yol polis əməkdaşları gəliblər. Sürücülərin izahatı alınıb. Avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalar aparılır.