AŞPA-da Milli Məclisin deputatının hazırladığı hesabat əsasında qətnamə qəbul edilib
Dünya 25 Yan 2018 22:51:57 297 0
Qətnamənin lehinə 39 nəfər səs verib
"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, qətnamə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın hazırladığı hesabat əsasında qəbul edilib.
Qətnamədə silahlı münaqişələrdə uşaqların zorakılığa və ölümə məruz qalan həssas qrup olduğu, onların silahlı münaqişələrdə iştiraka məcbur edildiyi qeyd olunub.
Qətnamədə həm münaqişələrin mövcud olduğu ölkələrdə, həm də münaqişə ərazilərindən qaçıb gedən insanları qəbul edən ölkələrdə sosial yardımın, uşaqlar və ailələr üçün iqtisadi, sosial imkanların yaxşılaşdırılması proqramlarının, eləcə də digər vasitələrlə uşaqların dəstəklənməsi mexanizmlərinin gücləndirilməsi tövsiyə edilir.
Qətnamənin lehinə 39 nəfər səs verib, 2 nəfər bitərəf qalıb.