AŞPA-nın Alt Komitəsinin yeni tərkibi açıqlanıb


Dünya 25 Yan 2018 21:50:10 246 0

AŞPA-nın Alt Komitəsinin yeni tərkibi açıqlanıb

Səməd Seyidov yenidən Alt Komitənin üzvü seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi təsdiqlənib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə,  AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Preda Alt Komitənin sədri təyin edilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Alt Komitənin üzvü seçilib. Alt Komitənin sədri və üzvləri bir il müddətinə seçiliblər.

Xatırladaq ki, bundan qabaq Münaqaşılər üzrə Alt Komitənin sədri missiyasını AŞP-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi Ştefan Şennak həyata keçirib.