Azərbaycanda nikah müqaviləsi məcburi ola bilər VİDEO


Digərləri 25 Yan 2018 21:21:00 244 0

Azərbaycanda nikah müqaviləsi məcburi ola bilər  VİDEO

Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburi ola bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, belə bir təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin iclasında çıxış edib. Millət vəkilinin sözlərinə görə, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar və ailə institutu möhkəmlənər.

Bundan başqa, komitənin iclasında uşaqların cinsi istismara məruz qalmaları ilə bağlı cəzanın sərtləşdirilməsi də təklif olunub və Milli Məclisin yaz sessiyasında bu məsələnin müzakirə olunacağı bildirilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında isə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi müzakirə edilib. Müzakirə zamanı millət vəkili Musa Quliyev əlillərin reyestr xidmətinin yaradılmasını təklif edib.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov iş yerlərində əlillər üçün kifayət qədər kvotanın ayrıldığını, ancaq buna əməl edilmədiyini bildirib.