"Vicdan haqqı"nın İmranından səmimi ETİRAF: "Bütün həyatım tam tərsinə çevrildi" FOTO


Kriminal 25 Yan 2018 21:01:00 368 0

"Vicdan haqqı"nın İmranından səmimi ETİRAF: "Bütün həyatım tam tərsinə çevrildi"  FOTO

Əməkdar artist İlham Hüseynovun Son.az-a müsahibəsi.

- İlham bəy, sənət həyatınız necə gedir?

- Serial da, teatr da bunlar hamısı elə həyatdır. Mənim həyatımın ayrılmaz hissəsidir. "Vicdan haqqı" artıq 3-cü mövsümdür efirdə gedir. Tamaşaçılar bu serialı çox sevir. Amma teatrı da unutmaq olmaz, teatr daimidir. Biz teatrda böyümüşük. Aktyor var ki, öz həyatını sənətə həsr edir, eləsi də var ki, yox. Mən öz həyatımı tamamilə sənətə həsr etmişəm.

- Nə vaxtsa buna görə peşman olmusunuz?

- Xeyr, qətiyyən! Aktyorluq sənəti elədir ki, gərək sənətlə xəstələnəsən. Bəzən deyirlər ki, həyatımı sənətə qurban vermişəm. Mən bu sözü sevmirəm. Heç kim səndən tələb etmir ki, həyatını sənətə qurban et. Sən sadəcə sevdiyin sənətlə məşğul ol.

- "Vicdan haqqı" serialında İmran mənfi obraz olsa da tamaşaçılar tərəfindən çox sevildi. Qorxmursunuz insanlar mənfi obrazın cavabını sizə elə mənfi tərzdə verərlər?

- Bəzən mənfi formada çatdırırlar. Əksinə məni, yəni İmran obrazını sevənlər çoxdur. Böyük teatr tənqidçisi Stanislakvski deyib ki, mənfi obrazı oynayanda onda müsbət nələrsə axtarın.

- İmran mənfi obrazdır. Onun hansı müsbət tərəfi var?

- İmranın qəribəliyi elə onun müsbət tərəfidir. İmran ətrafında hamıya yaradıcı münasibət bəsləyir. Şeir də deyir, mahnı da oxuyur. Bir sözlə onun fikirləri maraqlıdır, güclü məntiqi var. Düzdür, məntiqi onu pis yola yönəldir.

- Yaxşı, bəs İmranla İlham arasında nə kimi fərqlər var?

- Mən özüm də həyatda qəribə insanam. Bu çərçivədən bir az kənara çıxır.

- Nə mövzuda?

- Hər bir mövzuda. Mən həssas və duyğusal insanam.

- Niyə görə?

- Ümumiyyətlə, aktyor olan bütün insanlarda bu tip hallara rast gəlinir.

- Aktyor olmamışdan öncə necə yaşayırdınız?

- Mən 13 yaşımda bu xəstəliyə tutulmuşam. Aktyor olmamışdan öncə bir çoxları kimi küçədə gəzib-dolaşan uşaq olmuşam. Mənim sənətə gəlişim də qəribə oldu. Göydən mənə fəhm gəldi ki, aktyor olum. Bu istək birdən-birə içimə çökdü. Bütün həyatım tam tərsinə çevrildi.

- Özünə qapılmağınız sizə nə verdi?

- Bu çox çətin sual oldu. Bircə onu deyə bilərəm ki, həyatda xoşbəxt olmaq çətindir.

- Bəs nə asandır?

- İnsanlara laqeyd olmaq çox asandır. Mən xoşbəxtliyimə mane olacaq şeylərdən azad oluram. Başqa cür yaşamaq mənim üçün mümkün deyil.


Xəbərə aid fotolar