Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Fəcr festivalından qayıdıb


Digərləri 25 Yan 2018 20:57:12 196 0

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Fəcr festivalından qayıdıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Teatrdan Trend-ə verilən məlumata görə, festival öz işinə yanvarın 18-də İranın paytaxtı Tehran şəhərində başlayıb. Sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir.