Roma Papası qeybət edən rahibələri terrorçu adlandırdı


Dünya 25 Yan 2018 20:18:00 288 0

Roma Papası qeybət edən rahibələri terrorçu adlandırdı

Roma Papası I Fransisk qeybət edən rahibələri terrorçularla müqayisə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Roma Papası I Fransisk vurğulayıb ki, qeybət bomba kimidir. O deyib: "Kimsə onu işə salır, həyatlar məhv olur, qeybət edən isə heç nə olmamış kimi həyatını davam etdirir".

Roma Papasının bu sözləri Perunun paytaxtı Limada rahibələr tərəfindən alqışlarla qarşılanıb. I Fransisk bir neçə ay əvvəl Banqladeşə səfəri zamanı da qeybətin pis əməl olduğunu vurğulamışdı.