Türkiyənin "Yeni Şəfəq" qəzeti azərbaycanlı rəssamdan yazdı


Kriminal 25 Yan 2018 19:48:00 320 0

Türkiyənin "Yeni Şəfəq" qəzeti azərbaycanlı rəssamdan yazdı

Türkiyənin nüfuzlu "Yeni Şəfəq" qəzeti azərbaycanlı istedadlı rəssam Pərinisə Əskərovanın İstanbulda keçirilən "Modern və klasik miniatür" sərgisindən yazıb.

Bu barədə məlumatı Son.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib

Məqalə rəssamın sərgisi ilə haqqında məlumatla başlayır. Daha sonra rəssam miniatür sənəti haqqında qəzetə ətraflı danışıb.

"Miniatür bir təxəyyül sənətidir. Qədimdə şahlar ova gedərkən yanlarında mütləq rəssam götürərdilər. Onlar da ov da gördüklərini xəyal gücü ilə birləşdirib miniatür sənətini ortaya qoyurdular. Mən də xəyal dünyamda gördüklərimi və hiss etdiklərimi yaradıram. Öz işlərimdə isə klassik və müasir miniatürü birləşdirirəm",-deyə rəssam qeyd edib.

Rəssam 1999-ci ildən bu günümüzə qədər fəaliyyətində klassik miniatür sənətinə bağlı qalaraq, modern bir tərzdə yeni yanaşmalar gətirir.