Səudiyyə Ərəbistanında dəvələrin gözəllik yarışı - botokslu heyvanlar kənarlaşdırıldı


Digərləri 25 Yan 2018 19:45:28 221 0

Səudiyyə Ərəbistanında dəvələrin gözəllik yarışı - botokslu heyvanlar kənarlaşdırıldı

Səudiyyə Ərəbistanında kral Əbdüləzizin şərəfinə keçirilən festivalda 12 dəvə mübarizədən uzaqlaşdırılıb.

Bakı. Səudiyyə Ərəbistanında kral Əbdüləzizin şərəfinə keçirilən festivalda 12 dəvə mübarizədən uzaqlaşdırılıb. Trend-in məlumatına görə, dəvələrin diskvalifikasiyasına səbəb sahiblərinin heyvanların dodaqlarını qalınlaşdırmaq üçün onlara botoks vurması olub. Dəvə sahiblərindən biri deyib ki, heyvanların daha çox əzələli görünməsi üçün onlara hormonlar verilir, eyni zamanda dəvənin başının daha böyük olması üçün botoks vurulur.