Xocalı soyqırımı Hindistan mediasında


Digərləri 25 Yan 2018 19:02:00 688 0

Xocalı soyqırımı Hindistan mediasında

Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal, araşdırmaçı Mehman İbrahimov Hindistan mediasında Xocalı soyqırımı və Qarabağ haqqında məqalə ilə çıxış edib.

 

Bu barədə məlumatı Son.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib

Bu günlərdə İvane Javaxişvili adına Tiflis Dövlət Universitetinin sosiologiya və politologiya fakültəsinin tələbəsi Mehman İbrahimovun Ermənistanın Xocalıda törətdiyi soyqırım aktı ilə bağlı məqaləsi malaylam dilində Hindistanın thejasnews.saytında geniş və ətraflı çap olunub.

Məqalədə 20 ildən çoxdur ki, davam edən Ermənistanın işğalçılıq siyasəti, 1 milyondan çox azərbaycanlı qaçqının məcburi köçkün vəziyyətinə yaşaması öz əksini tapıb.  Məqaləni ingilis dilindən malaylam dilinə hinistanlı jurnalist, "Thejas"(İşıq) qəzetinin əməkdaşı Sidheeq Kapan çevirib.

QEYD: Malayam dili əsasən Hindistanın Kerala əyalətində danışılan dildir. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpaqlarında rəsmi dildir. Dravid dillərinə aiddir. Hal-hazırda 35 milyon nəfər bu dildə danışır.