Mbappe: "Erkən böyümək məni təəssüfləndirir" - MÜSAHİBƏ


İdman 25 Yan 2018 19:05:00 290 0

Mbappe: "Erkən böyümək məni təəssüfləndirir" - MÜSAHİBƏ

- Ən xoş günüm təqdimat mərasiminə təsadüf etmişdi. Sanki başqa dünyaya düşmüşdüm, çay keçib başqa ölkəyə keçmişdim. Mətbuat konfransında və azarkeşlərin önündə özüüm rok-ulduz kimi hiss edirdim. Təqdimatda böyük izdiham vardı.

PSG-nin gənc hücumçusu "L`Equipe" nəşrinin suallarını cavablandırıb. Goal.az onun müsahibəsini təqdim edir.

- Artıq 100 gündən çoxdur PSG-nin futbolçususan. Günlərdən hansını fərqləndirərdin?

- Bu səni qorxutmuşdu?

- Heç də yox. Biraz həyəcanlı idim. Digər tərəfdən maraqlı idi. Dərhal aydın oldu ki, ilk oyundan etibarən baxımlı oyun göstərmək lazımdır. Mən də buna çalışıram.

- Əvvəlki həyatınla bağlı nostalgiya var?

- Bəzi xatirələr qalıb. Həqiqətən, əvvəlki işləri indi həmişə edə bilmirəm. Məsələn, yaxşı havada dostlarımla gəzməyə gedə, kafe və ya terrasda oturmağa vaxtım olmur. Bunlar peşəmin məhdudiyyətidir, qaydalar belədir.

- Nəyin yoxluğu özünü daha çox göstərir?

- Ən sadə həyati şeylər. Çox tez peşəkar oldum. Ona görə normal uşağın məişətini təşkil edən çox şeydən məhrum oldum. Övladlarıma hətta necə zarafatlaşdığımı da danışa bilməyəcəm. Buna sadəcə vaxt tapmamışam. Onlar, yəqin ki, səbəbini soruşacaqlar. Başa salacam ki, 18 yaşımda artıq PSG-də oynayırdım. Orda belə şeylərə ciddi yanaşırlar. Xırdalıq kimi görünsə də, peşəkar həyatımda çatışmayan şeydir.

- Bu qədər erkən böyümək səndə təəssüf doğurur?

- Məşğuliyyətimdən həzz alsam da, peşəkar futbol dünyasına tez qədəm qoymaq məni təəssüfləndirir. 16 yaşında hələ uşaq sayılırsan. Amma bu vaxt ilk peşəkar müqaviləyə imza atdınsa, uşaqlıq bitdi. Yetkin düşünmək, davranmaq lazımdır. Yeniyetməlik yaşında bununla razılaşmaq çətindir. Zarafatlaşmaq, axmaqlıq etmək istəyirik. Lakin peşəkar bunları kənara qoymalıdır. Məsuliyyətli, müstəqil olmaq lazım gəlir. Əks halda, uğur görməzsən.

- Valideynlərlə keçirilən gündən sonra futbol məktəbinə qayıtmaq sənə çətinlik törədirdi...

- Bəli, əm çətin dövr orda keçirdiyim ilk ilin noyabr-fevral periodunda oldu. Bayram olanda istəyirdim ki, akademiyadan zəng edib : "Daha bir gün evdə qal" - desinlər. İnternatda istilik sistemi olsa da, otaqlar soyuq idi. Bazar günləri komfort evimi tərk edib ora yollanmaq mənə çətin gəlirdi. Bu, xarakterimi formalaşdırdı.

- Çətinliklkərə baxmayaraq, uğur asanlıqla gəldi...

- Bilirəm ki, çoxlarına belə görünür. Birdən-birə ortaya çıxdım, çempionat, Çempionlar Liqasında qollar vurmağa başladım. Əslində hər şey göründüyü qədər asan deyil. Futbolda bir şeyin alınması üçün, xeyli tərk tökmək lazımdır. Çətinliklər təkcə meydana aid deyil. Mətbuatın təzyiqi, futboldan kənar amillər olur. Qarşıya bütün titulları qazanmaq məqsədini qoyan PSG-də xüsusilə işin asan deyil. "Monaco"da belə hədəflər yox idi.

- Məşhur olmaq xoşdur, amma medalın əks tərəfi də var. Həyatda tələlər çox olur..

- Məhrumiyyətlər çoxdur. Sanki istədiyini edə bilərsən. Amma reallıq budur ki, heç nə etmək olmaz. İmici qorumaq, mətbuatın haqqında yazdıqlarına diqqət yetirmək lazımdır. Pul var, rahatlanmaq istəyirsən. Amma mübarizə aparmaq tələb olunur. Ancaq yayda istirahət etməyə vaxt tapıram.

- Deyilənə görə, əvvəl ağlağan olmusan.

- Düzdür, tez-tez özümdən çıxırdım. Xolerik temperamnetim var. Problemləri tək həll edə bilməyəcəyimdən qorxurdum. İndi bu baxımdan irəliləyiş var, analitik qaibiliyyətim oyanıb.

- Son dəfə nə vaxt ağlamısan?

- Çoxdandır ağlamıram. Peşəkar futbolçu olandan sonra göz yaşı axıtmamışam. Son vaxtlar həyatımda xoşagələn hadisələr çox olub.

- 180 milyon avro qiymətə malik olmaq necə bir hissdir?

- Düzü, PSG-də daha rahatam. Paris klubunda futboldan həzz alıram. Əsl hücum futbolu mənə zövq verir. Bu xoşbəxtlik hissi yoxa çıxandan sonra futbola sadəcə bir iş kimi baxacam. Həyatda tənbələm. Futbolçuların zəhməti, çətinlikləri barədə sözləri anlamıram. Mənə görə, çətinlik tezdən durub işə getməkdir. Tənbəlliyim bu cür adi həyata imkan verməzdi. Futbol başqa məsələdir.

- Bu qədər təzyiq altında yaşamaq necə mümkün olur?

- Şəhərə tez-tez çıxa bilməsəm də, dostlarım mənə baş çəkir. Kart oynayır, şənlənirik. Futbol haqqında heç nə danışmırıq. Söhbətlərin əsas mövzusu bir şeyi valideynlərdən xəbərsiz etmək olur. Uşaqlarda olduğu kimi.

- Futbolsuz yaşamaq faydalıdır?

- Futbolu başımdan ata bilmərəm. Ailə səni Disneyland aparır, yenə də axşam televizorda futbola baxırsan. Bu idman həyatımın mənasıdır. Məqşlər uzananda atam zəng edib evə çağırardı.

- Səhər hansı fikirlərlə oyanırsan?

- Fikirləşirəm: "Bu gün futbol oynayacam, necə də xoşbəxtəm. Nəsə yazmıram, oxumuram, sadəcə top qovuram". Xoş əhval-ruhiyyədə məşqə gedirəm. Elə bil ki, nağıllarda həyat sürürsən.

- Gülümsər siman var. Meydanda isə insan əsəbi, çılğın olur...

- Məncə, gərginlikdən bəzilərinin başı xarab olur. Bəzilərinin xarakterində təbəssüm etmək yoxdur. Məsələn, Kavani. Amma onun meydanda xoşbəxt olduğundan əminəm. Qol vurmamış, sakitləşə bilmir. Mənim futbola yanaşmam fərqlidir. 19 yaşım var, PSG-də oynayıram. Artıq nəyəsə nail olmuşam, Fransa çempionuyam, qol vuruam. Gərginliyə ehtiyac görmürəm.

- Oktyabrda açıqlanan "Qızıl top"a namizədlərin siyahısında yer almışdın. Etiraf etmişdin ki, namizədlər arasında olmaq inanılmazdır. Bu, təvazökarlıqdır, yoxsa özünü sığortalamaq?

- Xeyr, həqiqtən, elə fikirləşirdim. Bütün ulduz futbolçuların qarşısında baş əyirəm. 2017-ci il mənim üçün onlardan bəzilərinə nisbətən daha uğurlu alınsa da, özümü bu səviyyədə təsəvvür etmirdim (red. Mbappe sıralamada 7-ci olmuşdu). Sıralamada məndən sonra gələn 29 namizədi bu yaxınlara qədər televizorda izləyirdim. Artıq onların arasındayam.

- Diqqət mərkəzinə düşdüyünü nə vaxt hiss etdin?

- "Monaco"da. Mart ayında Çempionlar Liqasının 1/8 final mərhələsində "Manchester City" ilə oyundan sonra daha 4-5 dəfə fərqləndim. Bir də ətrafımdakı dəyişiklikləri görməyə başladım. Mətbuatda informasiya bombasında çevrildim.

- Tənqid səni əsəbləşdirmir?

- Tamamilə yox. Oyun baxımından tənqidə dözümlü yanaşıram. Təkcə, təhsilimin azlığı tənqid olunsa, inciyərəm.

- Albert Kamyu yazırdı: "Mənəviyyat və insani öhdəliklər haqqında bilgilərimə görə futbola borcluyam". Bu sözlərlə razısan?

- Həqiqətən, futbolda həyatın bir çox tərəflərini dərk edirsən. Amma istənilən halda tərbiyə ailədən gəlir. Bu sarıdan bəxtim gətirib. Gözəl tərbiyə almışam.

- Səni  intellektual  səviyyəli gənc kimi qəbul edirlər.

- İki sözü bir-birinə bağlamaq ağıllı olmaq demək deyil. Sadəcə bəziləri bunu bacarmır. Normal dildə danışa bilən futbolçu ortaya çıxanda media sevinir. Əslində fikirlərini məndən pis ifadə etməyən çox futbolçu var.

- Gözəl danışan, yaxşı yazan futbolçu kimdir?

- Şəxsən mənim Zidanın ünsiyyət tərzindən xoşum gəlir. O, heç vaxt səsini yüksəltmir, həmsöhbətini qıcıqlandırmır. Zidan, həqiqətən, hörmətə layiq şəxsiyyətdir.

- Neymarla münasibətin necədir?

- O, ilk gündən bəri mənimlə istiqanlı davrandı. Transferimi gğzləyirdi. Yay transfer pəncərəsi bağlanmaq üzrə idi. Mənə mesaj yazıb nə vaxt gələcəyimi soruşurdu. İş uzananda, yəqin ki: "Yalançı çıxdı. PSG-yə keçməyəcək" -düşünürdü. Transfer baş tutandan sonra Neymar özümü Parisdə yad hiss etməməyim üçün hər şeyi etdi.

- Hücum xəttində Kavani də var. Necə yola gedirsiz?

- Tez bir zamanda qarşılıqlı anlaşma tapdıq. Bəzi oyunlarda Kavani, bəzilərində Neymarla daha çox oynayırıq. Hücüm xətti bir-birini yaxşı başa düşür.

- Futbolçu olmasaydın, hansı peşəni seçərdn?

- Sırf futbolda qalmaq xatirinə məşqçi olardım. Karyeramı başa vurandan sonra bunu edəcəyimə əminəm. Amma karyeramı bitirməzdən öncə gərək tez-tez ehtiyatda qalam. "Ölüm tədricən gəlsin". Oynadığım klublarda məşqçilik etmək istərdim.

- 10 ildən sonra harda oynayacaqsan?

- Dünyanın ən yaxşı klubunda. Bu PSG olsa, bəlkə, klubda həmişəlik qaldım.