Kirill də bitkoindən danışdı: Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın


Dünya 25 Yan 2018 18:48:00 311 0

Kirill də bitkoindən danışdı: Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın

Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Rus pravoslav kilsəsinin rəhbəri, patriarx Kirill deyib.

Patriarx qeyd edib ki, son zamanlar insanlar daha tez zənginləşmək üçün əmlaklarını satıb müxtəlif kriptovalyutalar, bitkoinlər alır: "Amma sonra bitkoinin dəyəri qəfildən düşür və insanlar başa düşür ki, heç nə qazanmayıb, əksinə hər şeyi itiriblər".