"Beşiktaş"ın yeni transferi ilə bağlı narahatlıq davam edir


İdman 25 Yan 2018 18:15:00 287 0

"Beşiktaş"ın yeni transferi ilə bağlı narahatlıq davam edir

"Beşiktaş"ın qış fasiləsində transfer etdiyi Kayl Larinlə bağlı narahatlığı davam edir. Goal.az xəbər verir ki, "qara qartal"da artıq məşqlərə çıxan 22 yaşlı hücumçunun sabiq klubu "Orlando City" onuna müqavilə yenilədiyini iddia edir. MLS klubu kanadalı forvardın onlara məxsus olması iddiası ilə FİFA-ya müraciət etmişdi. "Beşiktaş" isə müqavilənin tək tərəfli yeniləndiyini qeyd edir.

"Kayl Larin bizim futbolçumuzdur. Bizimlə məşqlərə başlaması və klubun düşərgəsində olması lazım idi. Onunla bağlı xəbərləri yaxından izləyirik" - "Orlando City"nin baş məşqçisi Ceyson Kreys deyib.