Əlillərin daha çox düçar olduğu xəstəliklər Yenə ürək, onkoloji və...


Digərləri 25 Yan 2018 17:18:00 306 0

Əlillərin daha çox düçar olduğu xəstəliklər  Yenə ürək, onkoloji və...

"Bu gün ürək-damar xəstəlikləri olan əlillər birinci yerdədir. Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. İndi bu xəstəliklər əlillər arasında 14 faizə qalxıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, xəstəliklər cavanlaşıb: "Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu".

N.Məmmədov qeyd edib ki, psixiatriyaya aid edilən xəstəliklər 11-12 faizə qalxıb: "Gözdən əllillərin sayı isə 10-12 faizdir. Burada da artım müşahidə olunur. Gözdən əlillik daha çox şəkərli diabetin və digər xəstəliklərin fəsadlarıdır. Çünki vaxtında müalicə olunmurlar".